Gənc müğənni Zəminə Rəhimova növbəti dəfə tərzi ilə göz oxşayıb.

Dergi.az xəbər verir ki, sənətçi milli motivlərlə müasir dəbin sintezindən ibarət yeni fotosessiyasını təqdim edib.

Tərzində hər zaman milliliyə xüsusi üstünlük verən Zəminənin bu layihədə təqdim etdiyi 3 müxtəlif geyim məhz onun üçün xüsusi olaraq dizayn edilərək hazırlanıb.

Sənətçinin təqdim etdiyi bir-birindən zövqlü geyimlər dizayner Kübra Nuriyevaya məxsusdur. Fotoların müəllifi isə Azər Cəfərdir.

Klassik incəsənət elementləri ilə zəngin libaslarda kamera qarşısına keçən müğənninin geyimindəki milli naxışlar, incə tikmələr və korset detalları müasir dəblə birləşərək fərqli obraz meydana çıxardıb.