Azərbaycanda hit mahnıların bəstəkarı və ifaçısı Murad Arifin Heydər Əliyev Sarayında üçüncü solo konserti baş tutacaq.

Dərgi.az xəbər verir ki, “3:0” adlanan gecə sentyabrın 30-u keçiriləcək.
Sənətçi hit mahnıları, sevilən duetlərini ifa edərək yeni bir şouya imza atacaq.
“Heydər Əliyev Sarayında Murad Arifin ÜÇÜNCÜ solo-konserti baş tutacaq!
Şahidlər yaxşı bilir ki, Murad Arif konsertləri necə böyük şou və musiqi hadisəsidir…

Bu dəfə konsert “3:0” adlanır! Bu üçqat qələbə, üçqat həzz və üçqat enerji partlayışıdır!

30 Sentyabr! Bu tarixi qeyd edin”-, deyə hitmaker bildirib.

 

XƏBƏR NÖVÜ:

MANŞET, MƏDƏNİYYƏT,

Yenilənib: 15:13 19.06.2025