Gənc və istedadlı ifaçı Hiss musiqisevərləri yenidən sevindirib. Sənətçi “Sevə-Sevə” adlı yeni mahnısını və bu mahnıya çəkilmiş klipi rəsmi olaraq təqdim edib. Layihə qısa zamanda həm dinləyicilərin, həm də vizual sənət həvəskarlarının diqqətini cəlb etməyi bacarıb.

Yeni klipin çəkilişləri 48 saat ərzində açıq havada həyata keçirilib. Ekran işində Hiss bir-birindən fərqli və yaddaqalan obrazlarda kamera qarşısına keçərək tamaşaçılara fərqli duyğular bəxş etməyə çalışıb. Klipin əsas qayəsi təkcə musiqini deyil, onun emosional yükünü və vizual estetikası ilə birgə ötürməkdir.

Onu da qeyd edək ki, mahnı bütün musiqi platformalarında , klip isə sənətçinin “Youtube” kanalında onlayndır.

 

XƏBƏR NÖVÜ:

MANŞET, ŞOU,

Yenilənib: 11:56 19.05.2025