Aktrisa Zülfiyyə Qurbanova çəkildiyi açıq-saçıq rolla bağlı ona sual ünvanlayanları tənqid edib.

Dərgi.az xəbər verir ki, aktrisa bu cür suallardan yorulduğunu bildirib.

Z.Qurbanova qeyd edib ki, artıq müsahibə verəndə belə bu cür sualların ona ünvanlanmasını istəmir:

“Artıq paylaşacağam, bəlkə savadsız suallardan canımız qurtara. Bundan sonra ərinməyəcəyəm, serial və filmlərdə olan öpüşmə, zorlama və sairə kimi səhnələri paylaşacağam. Hünərləri çatmır belələrinə sual verməyə. Zülfiyyə Qurbanova gəldi bir əxlaqsız qadın obrazı oynadı. Hələ tamaşaçılar…Mənim oynadığım roldan danışmaqdansa, gedin onlardan, həmin səhnələrə çəkilənlərdən danışın. And içmişəm, belə sual verən kimi səhnələrin adını bir-bir açıqlayacağam. Adamı iyrəndirmisiniz”.

Qeyd edək ki, Zülfiyyə Qurbanova “Zəhər tuluğu”, “Mikrorayon” kimi ekran işlərindəki obrazları ilə son illər gündəmdədir.

XƏBƏRİN VİDEOSU

Aktrisa Zülfiyyə Qurbanova çəkildiyi açıq-saçıq rolla bağlı ona sual ünvanlayanları tənqid edib. Dərgi.az xəbər verir ki, aktrisa bu cür suallardan yorulduğunu bildirib.  Z.Qurbanova qeyd edib ki, artıq müsahibə verəndə belə bu cür sualların ona ünvanlanmasını istəmir: "Artıq paylaşacağam, bəlkə savadsız suallardan canımız qurtara. Bundan sonra ərinməyəcəyəm, serial və filmlərdə olan öpüşmə, zorlama və sairə kimi səhnələri paylaşacağam. Hünərləri çatmır belələrinə sual verməyə. Zülfiyyə Qurbanova gəldi bir əxlaqsız qadın obrazı oynadı. Hələ tamaşaçılar...Mənim oynadığım roldan danışmaqdansa, gedin onlardan, həmin səhnələrə çəkilənlərdən danışın. And içmişəm, belə sual verən kimi səhnələrin adını bir-bir açıqlayacağam. Adamı iyrəndirmisiniz".  Qeyd edək ki, Zülfiyyə Qurbanova "Zəhər tuluğu", "Mikrorayon" kimi ekran işlərindəki obrazları ilə son illər gündəmdədir.