Amerikalı müğənni Beyons “Grammy” tarixində yeni rekorda imza atıb.
Dergi.az xəbər verir ki, müğənni “Grammy” mükafatına 100 dəfə namizəd göstərilən ilk sənətçidir.
Beyons “Morning Dew (Donk)” mahnısı ilə “Ən yaxşı R&B solo ifa” nominasiyasında namizədliyini qazanaraq bu rekorda imza atıb.
35 “Grammy” mükafatının sahibi olan ulduz daha əvvəl də ən çox mükafat qazanan sənətçi rekordunu qırmış, həmçinin həyat yoldaşı Cey-Zini geridə qoyaraq “Grammy” tarixində ən çox namizəd göstərilən ifaçı olmuşdu.
