Türkiyəli sosial media fenomeni Derin Talu cinsiyyətsizlik və cinsiyyət rolları ilə bağlı yayımladığı video ilə müzakirələrə səbəb olub.

Dergi.az xəbər verir ki, Talu, məkanlardakı ümumi sahələr və tualet istifadəsi mövzusunda fikirlərini açıq şəkildə ifadə edib. “Qadın kimi görünmürsənsə, qadınlar tualetinə girmə” deyə bildirib.

Derin Talu-nun bu açıqlamaları sosial media platformalarında sürətlə yayılıb və istifadəçilər arasında müxtəlif reaksiyalar doğurub. Bəzi istifadəçilər onun fikirlərini dəstəkləsə də, digərləri tənqid edib.