Xalq artisti  Faiq Ağayev payız mövsümünün ilk mahnısını dinləyicilərin ixtiyarına verib.

Dərgi.az xəbər verir ki, sənətkarın yeni ifası «… bilmirəm» adlanır.

Mahnının musiqisi Tofiq Ağayevə, sözləri isə PRoMeteyə məxsusdur. Əsərin aranjimanı, mix və masterinq işlərini Givi Usenaşvili həyata keçirib.

Yeni mahnının ud ifasında Kenoud, saksofonda Teymur Süleymbəyli, klarnetdə Pərviz Əlikramoğlu, gitarada isə Hafiz Baxış yer alıb.

Layihənin foto işlərini Niko Abbasov, cover dizaynını isə Kazım Sübhan hazırlayıb.

Faiq Ağayevin yeni mahnısı artıq YouTube kanalında və musiqi platformalarında yayımlanıb.

XƏBƏRİN VİDEOSU