Türkiyəli aktrisa Hande Soral Komedi Dükanı proqramında diqqət çəkib.

Dergi.az xəbər verir ki, Hande Soral, Tolqa Çəvikin təqdim etdiyi Komedi Dükanı şousuna tamaşaçı kimi qatılıb. Titanik adlı bölüm çəkilərkən Çəvik, tamaşaçılar arasından birinin səhnəyə gəlməsini istəyib və Soral əlini qaldıraraq səhnəyə dəvət edilib. Bu andan sonra onun karyerası başlayıb.

Hande Soral səhnədə təxminən 45 dəqiqə Tolqa Çəvikə yoldaşlıq edib. Çəkilişlərin sona çatmasından sonra ekip Hande Soralın telefon nömrəsini istəyib. İki gün sonra onu görüşməyə çağıraraq aktrisalığa təklif ediblər və ona dəstək olublar.

Hande Soral, Beyaz Şouda bu macəra haqqında danışarkən, proqramdan əvvəl səhnəyə çıxmaq niyyətində olduğunu bildirib. Anasına və yaxınlarına “Səhnəyə çıxacağam” deyib və göstəridə asanlıqla səhnəyə çıxmaq üçün küncdə oturub.