Almaniyalı supermodel Haydi Klum Parisdə keçirilən Moda Həftəsində 16 yaşlı qızı Lu ilə birlikdə iştirak edib.

Dergi.az xəbər verir ki, ana və qızı The BoF 500 qala-gecəsinə və Vivienne Westwood moda nümayişinə qatılıblar. Haydi Klum qala-gecədə qırmızı geyimdə, Lu Samuelsen isə dekolteli ağ mini paltarda görünüb. Vivienne Westwood nümayişində isə Klum ağ kostyumda, qızı isə mini ətəkli kostyumda olub.

Lu Samuelsen ilk dəfə Paris Moda Həftəsinə qatılıb. 21 yaşlı qardaşı Henri və 22 yaşlı bacısı Leni artıq model kimi fəaliyyət göstərirlər. Mümkündür ki, Lu da anası və qardaş-bacısının izindən gedəcək.

Lu 2009-cu ildə Haydi Klum və müğənni Silin evliliyindən dünyaya gəlib. Cütlük 2005-ci ildə evlənib və doqquz il sonra boşanıb. Onların Henri və Yohan adlı oğulları, həmçinin Haydinin iş adamı Flavio Briatore ilə olan münasibətindən dünyaya gələn və Sil tərəfindən övladlığa götürülən Leni adlı qızları da var. 2019-cu ildə Klum Tokio Hotel qrupunun üzvü Tom Kaulitz ilə evlənib.