Türkiyəli aktrisa Hazar Ergüçlü 33-cü Beynəlxalq Adana Altın Koza Film Festivalında “MUTTER: Bir Annenin Hatıra Defteri” filmindəki performansı ilə Ən Yaxşı Qadın Aktrisa Mükafatını qazanıb.

Dergi.az xəbər verir ki, Ergüçlü mükafatını alarkən səhnədə duyğusal anlar yaşayıb və çıxışı ilə gecəyə damğa vurub. O, filmin ərsəyə gəlməsində əməyi keçənlərə və münsiflər heyətinə təşəkkür edib.

Ergüçlü son dövrlərdə bir şeylərə sevinməyin onun üçün çətin olduğunu bildirib və ölkədə yaşananların sevincini kölgədə qoyduğunu ifadə edib.

Aktrisanın çıxışında ən diqqətçəkən məqam isə mədənçilər və onların ailələri ilə bağlı dedikləri olub. O, Soma faciəsində həyatını itirən mədənçi Kerim Örenin oğlu Yaşar haqqında danışaraq onun yaşadığı acıdan dərin təsirləndiyini qeyd edib.

Ergüçlü özünün də mədənçiliklə əlaqəli bir ailədən gəldiyini, nənə və babasının kömür işçisi olduğunu, babasının əlavə olaraq mis mədənlərində çalışdığını bildirib.

Çıxışının sonunda aktrisa ədalətsizliklərə diqqət çəkərək “Biz ədalətsizlikləmi yaşayacağıq? Biz belə necə davam edəcəyik?” suallarını verib.