Cənubi Koreyanın K-pop qrupu Tempest dörd illik fəaliyyətini dayandırıb.

Dergi.az xəbər verir ki, YH Entertainment agentliyi oktyabrın 20-də altı üzvdən ibarət qrupun kollektiv fəaliyyətini dayandırdığını təsdiqləyib. İki üzv eyni zamanda qrupdan ayrılıb.

Hyukun hərbi xidmətə çağırışı oktyabrın 26-da başlayacaq, Lew isə müqaviləsinin noyabrın 1-də bitməsi ilə agentlikdən ayrılacaq. Hanbin, Hyeongseop, Eunchan və Taerae isə solo karyeralarını davam etdirəcək.

YH Entertainment açıqlamasında bu qərarın üzvlərlə uzun müddət aparılan danışıqların nəticəsi olduğu bildirilib.

Agentlik Hyukun hərbi xidmətə çağırış yerində toplaşmamağı xahiş edib və ictimai tədbirin keçirilməyəcəyini təsdiqləyib.

Tempest 2022-ci ildə debüt edib və yeddi mini-albom buraxıb. Qrupun son buraxılışı “As I Am” adlı albom olub.