Amerikalı televiziya ulduzu və iş qadını Kim Kardaşyan, dörd uşağı üçün beş dayə çalışdırdığını açıqlayıb.
Dergi.az xəbər verir ki, Sunday Times’ın Style Magazine jurnalında yayımlanan müsahibəsində Kardaşyan, uşaqları North, Saint, Chicago və Psalm üçün beş dayə tutduğunu bildirib. O, dayələrin növbəli şəkildə çalışdığını və uşaqları ilə birlikdə olduğunu qeyd edib.
Kardaşyan, uşaqlarını məktəbə aparıb-gətirmək işini öz üzərinə götürdüyünü və hər axşam ailə yeməyində onlarla birlikdə olduğunu vurğulayıb. O, “orta dərəcədə sərt” bir valideyn olduğunu, lakin uşaqlarına qarşı çox səbirli və sevgi dolu olduğunu söyləyib.
Kim Kardaşyan, boşanmış ana olmağın çətinliklərindən danışaraq, gecənin bir yarısı uşaqlarının “təkmələri” və “ağlamaları” ilə qarşılaşdığını qeyd edib. O, “dörd uşağı əsasən tək başına böyütdüyünü” vurğulayıb.
