Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədrliyinə seçki konfransı keçirilir.
Dərgi.az xəbər verir ki, bu gün Nizami Kino Mərkəzində baş tutan konfransda Xalq artisti Şəfiqə Məmmədova yekdilliklə sədr seçilib.
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da vəfat edib. Mayın 26-da isə Azərbaycan Kinematoqrafçılar İttifaqının seçki konfransı keçirilib. Konfrans iştirakçıları yetərsay olmadığından həmin konfrans və onun nəticəsi qeydə alınmayıb. Hazırda ittifaq sədrinin səlahiyyətlərini Şəfiqə Məmmədova icra edir, Əli İsa Cabbarov isə qurumun katibidir. Əli İsa Cabbarov işdən çıxmaqla bağlı ərizə təqdim etdiyini də vurğulayıb, sədrliyə namizədliyini geri çəkib.
