Rusiyalı influenser və iş qadını Ksenya Şipilova Paris Moda Həftəsində təşkil olunan Natalya Vodyanovanın “Naked Heart France” fondunun qala gecəsində iştirak edib.
Dergi.az xəbər verir ki, Şipilova sosial media hesabında 44 yaşlı supermodel Vodyanova ilə birgə çəkilmiş fotolarını paylaşıb. Qeyd olunub ki, Vodyanova bir ay əvvəl altıncı övladını dünyaya gətirib.
Şipilova açıqlamasında Vodyanova və onun fondu ilə yaxşı dostluq əlaqələrinin yarandığını bildirib. O, tədbirdə yeni maraqlı insanlarla tanış olduğunu da qeyd edib.
Ksenya Şipilova daha əvvəl də Vodyanovanın xeyriyyə fondu tərəfindən Türkiyə və Dubayda keçirilmiş böyük tədbirlərdə iştirak edib və Parisdəki moda nümayişlərində supermodel ilə görüşüb.
