Türkiyəli müğənni Kutsi bir müddətdir birlikdə olduğu Sevda Sönmez ilə evlənib.

Dergi.az xəbər verir ki, cütlüyün nikah mərasimi sosial mediada böyük maraqla qarşılanıb. Nikah şahidliyini AK Parti İstanbul Millət vəkili Serkan Bayram edib. Bayram, “Kıymətli dostum, sənətçi Kutsi ilə Sevdanın bu xoşbəxt günlərində nikah şahidliyi etməyin sevincini yaşadıq. Sevgi, hörmət və məhəbbətlə qurduqları ailələrinin bir ömür boyu xoşbəxt və bərəkətli olmasını arzulayıram,” ifadələrini işlədib.

Kutsinin həyat yoldaşı Sevda Sönmezin gəlinliyi isə sosial mediada müzakirə mövzusu olub. Transparan detallara malik gəlinlik, istifadəçiləri iki yerə bölüb. Bəziləri gəlinliyi bəyənsə də, digərləri uğursuz hesab edib.

Kutsi daha əvvəl Sinem Bayraktutar və Sibel Ülker ilə evlənib və boşanıb.