Müğənni Lətifə yeni “Lorenzo” mahnısını təqdim edib.
Dergi.az xəbər verir ki, bəstənin müəllifi və aranjimanı Güneleyə məxsusdur. Mahnı sevgi mövzusunda ritmik bir əsərdir.
Sənətçi “Lorenzo”nu son günlər iştirak etdiyi məclislərdə ifa edərək dinləyicilərin marağına səbəb olub.
Lətifə mahnı haqqında “Hər qadının öz Lorenzosu olmalıdır. Özündə hər şeyi birləşdirən kişi: xarizma, güc, gözəllik və xarakter” ifadələrini yazıb.
Mahnı artıq bütün musiqi platformalarında yayımlanıb.
