Türkiyəli müğənni və aktyor Mahsun Kırmızıgül miras paylaşımı ilə bağlı açıqlamaları ilə diqqət çəkib. O, ailə içində yaşanan anlaşmazlıqlara toxunaraq ataların həyatda ikən mal varlıqlarını övladları arasında bərabər şəkildə paylaşmasının vacibliyini bildirib.

Dergi.az xəbər verir ki, Kırmızıgül, məşhur şəxslərin ailələrində yaşanan miras mübahisələrinin yenidən gündəmə gəldiyini vurğulayıb. O, lider vəfat etdikdən sonra uşaqların və həyat yoldaşlarının bir-birinə düşməsini qeyd edib.

Müğənni miras paylaşımı ilə bağlı “Ailənin lideri ölüncə, uşaqlar təəssüf ki, bir-birinə düşür. Yaşayarkən bunu edə bilsələr, heç bir problem yaranmaz. Mən bunu çox gördüm. Miras mübahisələri inanılmazdır” sözlərini deyib.

Mahsun Kırmızıgül əlavə edib ki, bəzi övladlar atalarının ölümünü gözləyir və bu, böyük vəfasızlıqdır. “Mən olsam o övlada heç bir şey buraxmaram!” deyə o qeyd edib.

Kırmızıgülün mirasla bağlı açıqlamalarından sonra onun mal varlığı da gündəmə gəlib. Məşhur musiqiçinin əsas gəlir mənbələri arasında əmlaklar, prodüser şirkəti ortaqçıqları, konsert gəlirləri və müəllif hüquqları yer alır.