Türkiyənin tanınmış aktyoru Mehmet Günsür ilk dəfə Bakıya
gəlir. O, tamaşaçılara məşhur “Muhteşem Yüzyıl” serialında Sultan Süleyman və
Hürrəm Sultanın oğlu Şahzadə Mustafa obrazı ilə tanınmışdır.
Romantik “Aşk Tesadüfleri Sever 3” filminin Qala gecəsi 19:00-da
“CineMastercard”-ın Deniz Mall Ticarət Mərkəzində yerləşən kinoteatrında
keçiriləcək. Gecənin xüsusi məqamı filmin baş rol ifaçılarının və yaradıcı heyətinin
Bakı tamaşaçıları ilə görüşü olacaq. Onlar filmi şəxsən təqdim edəcəklər.
Biletlər artıq satışdadır!
Mehmet Günsürlə birlikdə filmin quruluşçu rejissoru Ömər Faruk Sorak, rejissor
İpək Sorak, eləcə də “Muhteşem Yüzyıl” serialında Şahzadə Mustafanın yaxın
silahdaşı Taşlıcalı Yahya bəy obrazını canlandıran aktyor Serkan Altunorak da
paytaxtımıza gələcəklər.
“Aşk Tesadüfleri Sever 3” filmi artıq eksklüziv olaraq “CineMastercard”
kinoteatrlarında nümayiş olunur. Qala-gecəsi tamaşaçılara filmi böyük ekranda
izləmək, sevimli aktyorlarla şəxsən görüşmək, ekran əsərinin ərsəyə gəlməsi
haqqında daha ətraflı məlumat əldə etmək və bu özəl gecənin atmosferini yaradıcı
heyətlə birlikdə yaşamaq imkanı yaradacaq.

