“Alatava” serialında “MK” obrazını canlandıran aktrisa Rumiyə Ağayeva real həyatda tamaşaçıların onu obrazı ilə səhv saldığını deyib.
Dergi.az xəbər verir ki, sənətçi müsahibəsində küçədə ona yaxınlaşmağa insanların çəkindiyini bildirib.
“Yazırlar ki, ‘Sizi gördük, amma yaxınlaşmağa qorxduq’. Elə bilirlər adam döyənəm! Filmlərdə hamını döyürəm deyə, elə bilirlər ki, küçədə də həmin obrazam”, – deyə Ağayeva bildirib.
Aktrisa real həyatda tamamilə fərqli biri olduğunu vurğulayıb.
“Mən real həyatda hətta qorxaq biriyəm. İnsanlar MK ilə Rumiyəni səhv salırlar. Küçədə mənə məhlə uşağı kimi ‘MK’ deyə müraciət edirlər”, – deyə sənətçi əlavə edib.
