Akademik Rus Dram Teatrının aktrisası Rumiyə Ağayeva aktyor mühitindəki rəqabət və həmkarlarının davranışları barədə sərt fikirlər səsləndirib.

Dergi.az xəbər verir ki, aktrisa müsahibəsində özünü “aktyor tayfası”na aid etmədiyini deyib.

“Mən özümü aktyor tayfasına aid edə bilmirəm! Onların anlamsız ambisiyaları və eqoları məndə yoxdur”, – deyə Ağayeva bildirib.

Aktrisa bəzi aktyorların baş rolda oynamaq və səhnədə daha çox görünmək naminə həddini aşdığını iddia edib.

“Baş rol oynamaq üçün, səhnədə bir dəqiqə çox görünmək üçün insanlıqdan çıxırlar, hər cür alçaqlıqdan keçirlər. Mənim üçün səhnədə 10 dəqiqə qalmaq vacib deyil, əsas işimi görüb pulumu qazanmaqdır”, – deyə sənətçi əlavə edib.

XƏBƏRİN VİDEOSU