Əməkdar artist Əkbər Əlizadə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) şikayətlənib.
Dərgi.az xəbər verir ki, aktyor bu barədə sosial media hesabında paylaşım edib.
Əkbər Əlizadə paylaşımında AYNA tərəfindən avtomobilinə cərimə yazıldığını bildirib. Aktyor cərimənin səbəbinin avtomobilin çəpəki, yəni diaqonal formada park edilməsi olduğunu qeyd edib.
Əməkdar artist yaşadığı hadisəni belə ifadə edib:
“Bibiheybət məscidinə gəlib dua etməklə cərimə olundum! AYNA maşınlarını çəpəki (diaqonal) saxlayanlara cərimə yazır! Diqqətli olun!
AYNA, camaatın narazılıqlarını nəzərə alın!”
Aktyorun paylaşımı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. O, AYNA-nın avtomobillərin park edilməsi ilə bağlı tətbiq etdiyi qaydaların vətəndaşların narazılığına səbəb olduğunu vurğulayıb.
Qeyd edək ki, avtomobillərin yol hərəkəti və parklanma qaydalarına uyğun saxlanılması sürücülərin məsuliyyət daşıdığı məsələlərdən biridir. Əkbər Əlizadə isə konkret olaraq ona tətbiq edilən cərimə ilə bağlı narazılığını sosial şəbəkə vasitəsilə ictimaiyyətə çatdırıb.

