Türkiyəli aktrisa Müjde Ar televizoru tamamilə həyatından çıxardığını açıqlayıb.

Dergi.az xəbər verir ki, Yeşilçamın əfsanəvi aktrisası Müjde Ar İstanbulda jurnalistlərə açıqlamasında televizoru salonundan çıxardığını bildirib. O, “Heç bir serial və ya proqram izləmirdim, ölkədə yaxşı xəbər də qalmayıb, nəvələrimin də diqqətinin oraya yönəlməsini istəmədim” deyə vurğulayıb.

Bundan başqa, Müjde Ar anası, məşhur söz yazarı Aysel Gürelin həyatının mövzu edildiyi filmin ssenari işlərinin davam etdiyini qeyd edib.