HITMAKER Murad Arifin cəmi 4 gün əvvəl yayımlanan “Nə əcəb səndən” sinqlı qısa müddətdə TikTokda viral olub.
Dərgi.az xəbər verir ki, sosial şəbəkələrdə də böyük maraq yaradan bəstənin sədaları altında “TikTok” və digər platformalarda artıq yüzlərlə video paylaşılıb, trend isə gündən-günə daha da genişlənir.
Payızın ən çox danışılan və dinlənilən mahnılarından birinə çevrilən “Nə əcəb səndən”in sözləri və musiqisi “O hara, bu hara” hiti ilə adından söz etdirən gənc bəstəkar Rafael Maleoya məxsusdur.
Klipin müəllifi isə tanınmış klipmeyker Fərhad Əlidir.
Dərgi.az
