Türkiyəli aparıcı Murat Ceylan görünüşündəki dəyişikliklərlə gündəmə gəlib. O, sosial mediada görünüşünə dair edilən tənqidlərə cavab verib.
Dergi.az xəbər verir ki, “Survivor” proqramının 2013-cü il mövsümündə yarışmacı kimi tanınan Ceylan, son illərdə aparıcılıq karyerası ilə ekranlarda qalıb. Onun illər öncəki və sonrakı görünüşü arasındakı fərqlər diqqət çəkib.
Murat Ceylan görünüşündəki dəyişiklikləri bir klipdə canlandırdığı obraz üçün yağ nisbətini azaltması ilə əlaqələndirib. O, həmin dövrdə kilo verdiyini, lakin indi həmin dövrdən 4 kilo daha çox olduğunu bildirib.
Aparıcı sosial mediada edilən bir şərhə “Aşk olsun. Mən hələ də eyni insanam” sözləri ilə cavab verib.
