Müğənni Nura Surinin kiçik oğlu David Macarıstana gedib.

Dərgi.az xəbər verir ki, sənətçi bu barədə sosial media hesabında paylaşım edib.

Nura Suri övladının Macarıstana təhsil almaq məqsədilə yollandığını bildirib.

Müğənni paylaşımında oğlunun yeni həyat mərhələsinə qədəm qoyduğunu qeyd edib. David bundan sonra təhsilini Macarıstanda davam etdirəcək.

Qeyd edək ki, Nura Suri şəxsi həyatı və övladları ilə bağlı paylaşımlarını zaman-zaman sosial media hesabında izləyiciləriylə bölüşür. Sənətçinin üç övladı var.

 

01M1ZYZE9GC1E7J7163Y2T8JTH-webp.png (131 KB)