Məşhur müğənni Rihanna özünün “Savage X Fenty” alt paltarı brendinin “Satin Secrets” adlı Milad reklam kampaniyasından yeni görüntülər paylaşıb.
Dergi.az xəbər verir ki, fotolarda Rihanna bordo-mavi rəngli krujevalı dəstdə poza verib. Müğənni obrazını corab, şlyapa, hündürdaban ayaqqabı və zinət əşyaları ilə tamamlayıb.
“Və bəli, artıq vaxtıdır! Heç bir şübhə yoxdur” deyə, Rihanna fotoların altına yazıb.
