Türkiyəli məşhur Rojin Tufan, futbolçu əri Ozan Tufan haqqında maraqlı açıqlamalar verib.

Dergi.az xəbər verir ki, Rojin Tufan bir tədbirdə iştirak edərkən, əri Ozan Tufanın romantik və incə düşüncəli bir xarakterə malik olduğunu bildirib. O, xüsusi həyatları ilə bağlı diqqət çəkən detalları mətbuat nümayəndələri ilə bölüşüb.

Rojin Tufan, Trabzonspor karyerası ilə əlaqədar Trabzona köçdüklərini və şəhərə qısa müddətdə uyğunlaşdıqlarını qeyd edib. O, “Artıq onlardan birisi kimiyəm” deyərək, hər oyunu izlədiyini vurğulayıb.

Rojin Tufan, Ozan Tufanın xüsusi günləri və detalları unutmadığını, onun incə ruhlu yanaşmasını yüksək qiymətləndirdiyini ifadə edib. “Ozan çox romantikdir, çox düşüncəlidir. Unutmaz və nəyi sevdiyimi bilir. Çox mənalı hədiyyələr seçir” deyə bildirib.

Ozan və Rojin Tufan cütlüyü 2021-ci ildə evlənib və bir il sonra oğulları Aren Kuzeyi qarşıladılar.