Türkiyəli məşhur aşpaz Somer Şef bir qocalar evinin mətbəxində yaşlılarla birlikdə duzlu keks hazırlayıb.

Dergi.az xəbər verir ki, Somer Şef bu layihə ilə yaşlıların gündəlik həyatına rəng qatmaq və mətbəxdəki təcrübələrini bölüşmək istəyib.

Aşpaz yaşlılarla birlikdə hazırladığı duzlu kekslərin reseptini də paylaşaraq, onların mətbəxə olan marağını artırmağa çalışıb.

Sosial media üzərindən paylaşdığı görüntülərdə yaşlıların Somer Şeflə birlikdə keçirdikləri xoş anlar diqqət çəkib.