Amerikalı pop ulduz Teylor Sviftin “The Life Of A Showgirl” albomu Avstraliyada yenidən birinci sıraya yüksəlib.
Dergi.az xəbər verir ki, albomun “Encore” versiyasının təqdimatı ilə “Patient Zero”, “Pink Clouding”, “Babylon” və “Cleveland!” mahnıları təqdim edilib. Bu yeniliklə Sviftin albomu ARIA Albomlar Çartında 23-cü yerdən birinci sıraya yüksəlib.
“Patient Zero” mahnısı isə ARIA Singles Çartında birinci sırada debüt edərək, Sviftin ikiqat çart uğuruna imza atıb. Sviftin “The Fate of Ophelia” mahnısı da əvvəlki uğurunu davam etdirir.
Sviftin karyerasında bu, Avstraliyada ikinci lider mahnısıdır. O, ümumilikdə 2010-cu ildən bəri ARIA Albomlar Çartında 70 həftədən çox birinci sırada qərarlaşıb.
