Rusiyalı aktyor Yura Borisov Los-Ancelesdə keçirilən GQ Men Of The Year 2026 (“İlin Adamı”) mükafat mərasimində iştirak edib.

Dergi.az xəbər verir ki, tədbirdə Borisovun “Süni intellekt” filmindəki həmkarları Endryu Qarfild və Monika Barbaro da iştirak edib. Mərasimdə ayrıca Kara Delevin, Mett Deymon və Ceyson Beytman həyat yoldaşları ilə birlikdə qonaq olub.

33 yaşlı Yura Borisov qırmızı xalçada qara kostyum və ağ köynəkdə görünüb. 36 yaşlı Monika Barbaro dərin dekolteli geyimdə, 34 yaşlı supermodel Kara Delevin isə kostyumda iştirak edib.

Borisov “Anora” filmindəki rolu ilə “Oskar”a namizəd olub və hazırda Hollivudu fəth etməyə davam edir. O, rejissor Luka Quadaninyo tərəfindən çəkilən “Süni intellekt” filmində əsas rollardan birini ifa edib və bu işinə görə növbəti nominasiya qazana bilər.