Rusiyalı aktyor Yura Borisov “GQ Men of the Year” mükafatlandırma gecəsində geyindiyi Dior kostyumu ilə diqqət çəkib.
Dergi.az xəbər verir ki, tədbirdə iştirak edən məşhurlar arasında Kara Delevin və Brüs Uillisin qızı da yer alıb. Borisovun geyimi və cazibədar tərzi ilə xüsusilə Kara Delevin və Uillisin qızını heyran etdiyi bildirilir.
Kara Delevin gecəyə qara şalvar və geniş çiyinli pencəkdə qatılıb. O, bu sadə, lakin təsirli obrazı ilə qırmızı xalçanın ulduzu adlandırılıb.
Tədbirdə digər məşhurlar da fərqli tərzləri ilə seçiliblər. Məsələn, Mönika Barbaro Brandon Maxwell imzalı dərin dekolteli libas geyinib, İnde Navarrett isə Jil Sander-dən tamamilə qara geyimdə görünüb.
