Rusiyalı model Alesya Kafelnikova evliliyində problemlər yaşadığı barədə yayılan şayiələrdən sonra bikini fotosu paylaşıb.
Dergi.az xəbər verir ki, Kafelnikova sosial media hesabında ağ rəngli çimərlik geyimində və gün eynəyində çəkdirdiyi şəkilləri “Məndən daha isti yeganə şey iyul ayında Dubaydır” şərhi ilə yayımlayıb.
Xatırladaq ki, modelin teleqram kanalında “Onun nömrəsini sildim ki, bir daha yazmayım. Ekran görüntüsünü çəkdim ki, sözümü tutum” yazısından sonra Alesya Kafelnikovanın həyat yoldaşı, iş adamı Georgi Petrişinlə münasibətlərində problemlərin olduğu iddia edilib. Əvvəllər də cütlük arasında böhranlar yaşanmışdı.
Alesya Kafelnikova məşhur tennisçi Yevgeni Kafelnikovun qızıdır və 2021-ci ildə iş adamı Georgi Petrişinlə ailə qurub. Elə həmin il cütlüyün Kiara adlı qızı dünyaya gəlib.
Model son vaxtlar Londonda Moda Həftəsində BDSM obrazında podiuma çıxıb.
