Xalq artisti Aygün Kazımova “Turan gəlir” mahnısını 28 May Müstəqillik Günündə təqdim edib.

Dərgi.az xəbər verir ki, Pop kraliçanın ifaçı rəsmi yutub kanalında yerləşdirilib. Bəstənin müəllifi Roman Azaflıdır.

Müğənni mahnını Laçında “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimində müəlliflə duet şəklində oxuyub. Festivaldan sonra çox sevilən ifa solo şəkildə təqdim edilib.

Kazımova mahnı ilə bağlı instaqram hesabında da paylaşım edib. Videoda ifaçının Laçından görüntüləri yer alıb.

XƏBƏR NÖVÜ:

MƏDƏNİYYƏT,

Yenilənib: 12:16 28.05.2024