38 yaşlı məşhur müğənni Hadisə, həm karyerası, həm də şəxsi həyatı ilə diqqət mərkəzindədir. Türkiyənin sevilən pop ifaçısı və televiziya ulduzu Hadisənin dietoloqdan dəstək aldığı qeyd olunur.

Dergi.az xəbər verir ki, zəiflik sirrlərini paylaşan məşhur müğənninin gündə yalnız 2 dəfə qidalanaraq formasını qoruduğu məlum olub. Hadisənin formasını qoruma sirri məhz budur…

Dietoloqun tövsiyələri əsasında hərəkət edən Hadisə, gündə 2 dəfə qidalanaraq özünə uyğun bir rejim qurub. Xüsusilə aralıqlı oruc sisteminə bənzəyən bu qidalanmada, yediyi yeməklərin tərkibinə diqqət edir və sağlam qidalanmağa önəm verir.

Hadisə, axşam saat 7-dən sonra heç nə yeməməyə çalışır. Bu sayədə gün ərzində yediyi qidaları həzm etmək üçün bədəninə vaxt verir və daha yüngül bir axşam keçirir.

HABERLER: Hadise'den bikinili paylaşım! - Magazin Haberleri - Milliyet

Səhərlər isə quru ərik, cəfəri, yaşıl alma və darçın tərkibli qarışımla qidalanır. Bu qarışım həzmi tənzimləyir və qan şəkərini balanslaşdıraraq aclıq krizlərinə qarşı qoruma təmin edir.

Hadise'den derin dekolte ! - Haber3

Hadisə, həftədə yalnız 1 gününü ‘mükafat günü’ olaraq keçirir və bu gün ərzində istədiyi hər şeyi yeyir. Bu xüsusi gün, intizamlı yaşam tərzinin bir mükafatı kimi görülür.

Dergi.az

XƏBƏR NÖVÜ:

DÜNYA,

Yenilənib: 17:23 26.05.2024