Türkiyəli aktrisa Hande Erçel Paris Moda Həftəsində zərif tərzi ilə diqqət çəkib.

Dergi.az xəbər verir ki, 28 sentyabr – 6 oktyabr tarixlərində keçirilən tədbirdə aktrisa iştirak etdiyi son tədbirdəki geyimi ilə moda həvəskarlarının marağını cəlb edib.

Hande Erçel Paris Moda Həftəsinin əsas ulduzlarından biri kimi qiymətləndirilib və onun seçimi moda tənqidçiləri tərəfindən yüksək dəyərləndirilib.

Aktrisanın zərif və şık tərzi sosial mediada da geniş müzakirə olunub.