Kiprli aktrisa Hazar Ergüçlü Adana Altın Koza Film Festivalində “MUTTER: Bir Annenin Hatıra Defteri” filmindəki rolu ilə “Ən Yaxşı Qadın Aktyor” mükafatını alıb.
Dergi.az xəbər verir ki, aktrisa mükafat mərasimində çıxış edərək, filmin ərsəyə gəlməsində əməyi keçənlərə və münsiflər heyətinə təşəkkür edib. O, uzun zamandır bir şeylərə sevinməyin çətin olduğunu bildirib.
Ergüçlü çıxışında madenciliklə məşğul olan ailələrin yaşadığı çətinliklərə də toxunub. Soma faciəsində həyatını itirən madenci Kerim Örenin oğlunu gördüyünü və bu hadisənin onu çox təsir etdiyini deyib.
Aktrisa, öz ailəsinin də madenciliklə bağlı olduğunu, nənəsi və babasının kömür və bakır mədənlərində çalışdığını əlavə edib. Madenci ailələrinin yaşadığı ağrıların onu dərindən sarsıtdığını bildirib.
Hazar Ergüçlü, çıxışını adalətsizliklərə qarşı mübarizənin vacibliyini vurğulayaraq tamamlayıb və ümidini itirməmək lazım olduğunu qeyd edib.
