Amerikalı aktrisa Hilari Suonk hamiləliyini qeyri-adi üsulla açıqlayıb.
Dergi.az xəbər verir ki, “Milyon dollarlıq körpə” filminin ulduzu şəxsi bloqunda qara geyimdə rəqs etdiyi və böyümüş qarnının üzərində kiçik, işıq saçan fiqurun göründüyü video paylaşıb.
Videoda aktrisa ilə birlikdə onun 53 yaşlı həyat yoldaşı Filip Şnayder və üç yaşlı əkiz övladları da enerjili musiqinin sədaları altında rəqs ediblər.
Hilari Suonk açıqlamasında “Çoxları məndən hazırda hansı layihə üzərində işlədiyimi soruşurdu. Mənim yeni layihəm dekabr ayında təqdim olunacaq” deyə bildirib.
