Rusiyalı aktyor İvan Yankovski və həyat yoldaşı, aktrisa Diana Pojaraskaya ikinci uşaqlarının doğulmasından sonra ilk dəfə qırmızı xalçada görünüblər.
Dergi.az xəbər verir ki, cütlük “Bitva motorov” dram filminin premyerasında iştirak edib. 35 yaşlı Yankovski filmdə əsas rollardan birini canlandırıb.
34 yaşlı Diana Pojaraskaya qırmızı xalça üçün qapalı qara paltar, İvan Yankovski isə klassik smokinq və papyon seçib.
Yankovski və Pojaraskayanın münasibətləri 2020-ci ildə “Çempion dünya” idman dramının çəkiliş meydançasında başlayıb. Aktyorlar uzun müddət münasibətlərini gizli saxlayıblar.
Cütlük 2021-ci ildə evlənib. Onların Oleg adlı ilk övladları 2021-ci ilin iyununda doğulub. İkinci oğulları Davidin dünyaya gəlməsi isə 2026-cı ilin iyununda rəsmi şəkildə elan edilib.

