Britaniyalı aktrisa Jane Asher, rejissor Sem Mendesin çəkəcəyi “The Beatles” filmlərini izləmək niyyətində olmadığını açıqlayıb.
Dergi.az xəbər verir ki, Asher, Paul Makkartni ilə münasibətinin böyük ekranda necə əks olunacağını izləmək istəmədiyini bildirib. O, “Heç kim sənin necə olduğunu bilmir” deyərək, kimsənin onu həqiqətən necə təsvir edə biləcəyinə şübhə ilə yanaşıb.
Aktrisanın rolunu “Bohemian Rhapsody” filmindən tanınan Lusi Boynton canlandıracaq. Filmin 2028-ci ildə təqdim olunacağı gözlənilir.
Jane Asher, Daily Mail-ə verdiyi müsahibədə “Mənim kimi görünmək üçün kimsə özünü necə göstərə bilər?” sualını verib.
Beatles layihəsi dörd filmdən ibarət olacaq və Paul Makkartnini Paul Mescal canlandıracaq.
