Türkiyəli rəssam və çap sənətinin ustası Süleyman Saim Tekcan 86 yaşında vəfat edib.

Dergi.az xəbər verir ki, Tekcanın ailəsi sosial media hesabından onun vəfatını duyuraraq, “Çox sevimli atamız, Türk sənətinin böyük ustası Süleyman Saim Tekcanın əbədiyyətə qovuşmasını dərin kədər içində paylaşıyoruz” ifadələrinə yer verib.

Paylaşımda Tekcanın sənət, təhsil və mədəni irsin gələcək nəsillərə ötürülməsinə həsr etdiyi həyatı, onun əvəzsiz əsərləri, yetişdirdiyi sənətkarlar və Türk sənət tarixinə qazandırdığı dəyərlərlə yadda qalacağı vurğulanıb.

Tekcanın cənazəsi sabah Marmara Universiteti İlahiyyat Fakültəsi Məscidində keçiriləcək cənazə namazından sonra Mahmut Şevket Paşa Ailə Qəbiristanlığında dəfn ediləcək.

Kültür və Turizm Nazirliyi də Süleyman Saim Tekcan üçün taziye mesajı yayımlayıb. Mesajda Tekcanın ölkənin mədəniyyət və sənət həyatına əvəzsiz töhfələr verdiyi qeyd olunub.