Aparıcı Elgiz Əkbər Əməkdar artist Mehriban Xanlarovadan incidiyini bildirib. Buna səbəb isə aparıcının anasının vəfat etdiyi zaman aktrisanın ona başsağlığı verməməsi olub.

Dərgi.az xəbər verir ki, Mehriban Xanlarova Elgizin bu sözlərinə münasibət bildirib. Aktrisa aparıcının anasının vəfat etməsindən xəbərsiz olduğunu deyib.

“Özünə görə haqqı var. Amma ətrafındakılar zəng edib deyərdi. Heç paltarımı dəyişmədən, ev geyimində qaçıb gedərdim. Elə şeylərə fikir verən insanam. Allah bütün analara rəhmət eləsin.

İnanın, bilməmişəm. Elə şey olar ki, bilim və getməyim? Nə olub ki? Tonlarla çörək kəsmişik, çiyin-çiyinə işləmişik. Bu gün bilmişəm ki, Elgizin anası dünyasını dəyişib”, – deyə Mehriban Xanlarova bildirib.