İtaliyalı dizayner Miuccia Prada The Business of Fashion jurnalının hər il tərtib etdiyi BoF500 siyahısına daxil edilib.

Dergi.az xəbər verir ki, bu siyahı moda sənayesinə təsir edən 500 şəxsin adlarını əhatə edir. Siyahıya dizaynerlər, modellər, top-menecerlər, rəssamlar, influencerlər və digər moda ilə bağlı şəxslər daxildir.

2026-cı il üçün siyahının üz qabığında Miuccia Prada, Mark Ceykobs, Sara Burton və digər tanınmış dizaynerlər yer alıb. Siyahıya bu il 100 yeni ad əlavə edilib və layihənin coğrafiyası 70 ölkəyə qədər genişlənib.

BoF500 siyahısına daxil olmaq böyük şərəf sayılır və bu hadisə Paris Moda Həftəsi çərçivəsində Shangri-La otelində keçirilən gala-gecə ilə qeyd edilib.