Türkiyəli müğənni Mustafa Sandal həyat yoldaşı Melis Sütşurup Sandal və qayınatası Cihan Sütşurupun əmlaklarına həbs qoyulması ilə bağlı konsert zamanı açıqlama verib.

Dergi.az xəbər verir ki, Sandal bu məsələdə heç bir fond alış-satışı etmədiyini və hər hansı fonda aidiyyəti olmadığını bildirib. Müğənni 33 ildir yeganə gəlir mənbəyinin musiqi olduğunu vurğulayıb.

Sandalın bu sözləri pərəstişkarları tərəfindən alqışlarla qarşılanıb.