Türkiyəli müğənni Neco və qızı Zeynep Özyılmazel arasındakı 10 illik küskünlük sona çatıb.
Dergi.az xəbər verir ki, avqust ayında Kaz Dağlarında bir araya gələn ata və qız, aralarındakı incikliyi geridə qoyaraq barışıb. İndi isə onlar illər sonra eyni səhnəni paylaşmağa hazırlaşır.
Neco və Zeynep Özyılmazel birlikdə səhnəyə çıxmaqla pərəstişkarlarına yeni bir sürpriz təqdim edəcək. Bu, onların şəxsi həyatlarında barışmanın ardından musiqidə də yenidən bir araya gəlmələri deməkdir.
İllər sonra baş tutan bu görüş və eyni səhnəni paylaşacaqları xəbəri, ata və qızın münasibətlərində yeni dövrün başlanğıcı kimi diqqət çəkir.
