Amerikalı aktrisa Sidni Svini özünün “Syrn” alt paltarı brendinin Milad bayramına həsr olunmuş reklam kampaniyasında iştirak edib.

Dergi.az xəbər verir ki, 29 yaşlı aktrisa çəkilişlərdə trikotaj sviter və uzun corablarda, damalı pijamada, eləcə də iki fərqli alt paltarı dəstində pozalar verib. Dəstlərdən biri atlas lentli qırmızı rəngdə, digəri isə zərif açıq mavi krujeva ilə hazırlanıb.

Bayram fotosessiyasına bütün dünyada Milad ərəfəsində ənənəvi olaraq izlənilən məşhur filmlər ilham verib. Sidni Svini “Evdə tək 2: Nyu-Yorkda itmiş”, “Qrinc – Milad bayramını oğurlayan” və “Miladdan əvvəl kabus” filmlərinə istinad edib.