Türkiyəli müğənni Küçük İbo 42 yaşını qeyd edir.
Dergi.az xəbər verir ki, o, 12 yaşında çıxardığı ilk albomu ilə musiqi dünyasına sürətli bir giriş edib. Xüsusilə İbrahim Tatlısesin televiziya proqramında nümayiş etdirdiyi performanslar və oxuduğu yanıq türkülərlə dinləyicilərin rəğbətini qazanıb.
Küçük İbo, o dövrdəki çıxışları ilə böyük bir fan bazası yaratmış və Türkiyədə geniş tanınmışdı.
Hazırda musiqi fəaliyyətini davam etdirən sənətçi, yeni layihələr üzərində çalışır.
