Böyük Britaniyalı aktrisa Sienna Miller, altı aylıq hamilə olduğu vaxt “War” serialında çəkdiyi səhnələr barədə danışıb.
Dergi.az xəbər verir ki, 44 yaşlı aktrisa yeni serialını tanıtmaq məqsədilə verdiyi müsahibədə hamiləykən seks səhnələrini çəkməyin necə bir təcrübə olduğunu açıqlayıb.
Miller, “Hamiləykən bir səhnə çəkmək çətin idi. Archie Renaux çox qorxmuşdu, üstəlik qarnım da bəlli idi. Məni bir masaya endirmək məcburiyyətində qaldı və çox ağır idim” deyə bildirib.
Sienna Miller, üçüncü uşağını aprel ayında dünyaya gətirib. Aktrisanın 29 yaşındakı aktyor Oli Green ilə birlikdə yaşadığı bu münasibətdən ikinci uşağı dünyaya gəlib.
Millerin Marlowe adında 14 yaşında bir qızı da var. Bu qızı, 2015-ci ilə qədər dörd il birlikdə olduğu aktyor Tom Sturridge-dən dünyaya gəlib.
