Aktrisa Sonaxanım Əliyevanın adından sosial şəbəkələrdə dələduzluq edilib.
Dərgi.az xəbər verir ki, bu barədə aktrisa sosial şəbəkə hesabında məlumat yayıb.
O bildirib ki, naməlum şəxslər onun fotosundan istifadə edərək “WhatsApp” vasitəsilə yaxınlarına yazır və onlardan pul istəyirlər.
“Nömrə mənim deyil, foto isə mənimdir. WhatsApp-da yaxınlarıma yazıb, kart göndərərək pul istəyirlər. Buna inanmayın. Mən heç kimdən borc pul istəyən olmamışam. Mən deyiləm, pul istəmirəm”, – deyə S. Əliyeva deyib.
Aktrisa məsələ ilə bağlı polisə müraciət etdiyini də qeyd edib.
O, yaxınlarını və tanışlarını həmin şəxslərin göndərdiyi mesajlara və pul tələblərinə inanmamağa çağırıb.
