Türkiyəli aktyor İsmail Ege Şaşmaz haqqında Almaniyaya köçdüyünə dair yayılan iddialara aydınlıq gətirib.

Dergi.az xəbər verir ki, Galataport İstanbulda alış-veriş edərkən görüntülənən aktyor, yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib. O, qızı Azranın sağlamlıq vəziyyəti ilə əlaqədar bir müddət xaricdə olduqlarını və bunun səbəbini açıqlayıb.

“Almaniyaya köçmədik. Qızım Azranın müalicəsi üçün iki ay orada qaldıq. Ara-sıra gedib gələcəyik,” – deyə Şaşmaz bildirib.

Aktyor qızlarının müalicəsi üçün Almaniyada müəyyən bir rejim qurduqlarını və bu səbəbdən zaman-zaman orada olacaqlarını qeyd edib.

İsmail Ege Şaşmaz həmçinin yeni layihəsi ilə bağlı da məlumat verib. O, yaxın zamanda ekranlarda və ya rəqəmsal platformalarda yeni işiylə yer alacağını bildirib.