Türkiyənin Bursa vilayətinin İznik rayonunda yaşayan 35 yaşlı fenomen Esma Sezen evliliyinin 10-cu ildönümünü qeyri-adi şəkildə qeyd edib.

Dərgi.az  xəbər verir ki, Sezen həyat yoldaşı E.S.-dən xəbərsiz təşkil etdiyi mərasimdə 10 il əvvəlki toyunu yenidən canlandırıb. O, gəlinlik geyinərək həyat yoldaşı ilə bir daha nikah masasına oturub.

10 il əvvəl taxılan qızıllarla poza verdi

Mərasim toy salonunda təşkil olunub. Gecədən xəbəri olmayan E.S. salona daxil olduqda qarşısında yenidən gəlinlik geyinmiş həyat yoldaşını görüb və böyük təəccüb yaşayıb.

Gecənin ən diqqətçəkən məqamlarından biri isə Esma Sezenin 10 il əvvəlki toyunda ona taxılan qızıllarla kamera qarşısına keçməsi olub.

Cütlük nikah məmurunun iştirakı ilə iki şahidin qarşısında yenidən “hə” deyib. Nikah zamanı şahidlərin “İkinci uşaq olmadan ‘hə’ deməyəcəklər” şəklində zarafatı salonda gülüşə səbəb olub.

10 il əvvəlki toylarını yenidən yaşadılar

Nikah mərasimindən sonra cütlük rəqs edib. Daha sonra doğum günü tortu kəsilib.

Esma Sezenin həyat yoldaşına sürpriz olaraq hazırladığı gecədə gəlinlik, nikah mərasimi və rəqs də daxil olmaqla 10 il əvvəlki toy gününün bir çox detalı yenidən canlandırılıb.

Beləliklə, cütlük evliliklərinin 10-cu ildönümündə toy günlərini yenidən yaşayaraq yubileylərini fərqli şəkildə qeyd edib.